Mask "Belə terminalların xərci məişətdə işlədilənlərdən 100 dəfə çoxdur"
SpaceX şirkəti Ukraynada “Starlink” peyk internet sistemini sonsuzadək maliyyələşdirə bilməyəcəyini açıqlayıb.
AYNA-nın xəbərinə görə, bu barədə şirkətin rəhbəri İlon Mask Tvitterdə bildirib.
Ukraynda münaqişə başlayandan bir neçə gün sonra "SpaceX" şirkəti ölkəni “Starlink” peyk internet sistemi ilə təchiz edib. Bu sistem sayəsində ukrayna ordusu həm etibarlı rabitə sistemi qura, həm də PUA-ları yönləndirə bilir. Son günlərdə isə sistemdə müəyyən boşluqlar aşkar edilib.