Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib

Aktual

11.11.2022 - 16:35

Azərbaycanda daha 44 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 44 yeni yoluxma faktı qeydə alınıb, 50 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 636 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 813 514 nəfər müalicə olunaraq sağalıb, 9 959 nəfər vəfat edib, aktiv xəstə sayı 173 nəfərdir.

Ölkədə son sutka ərzində 2005, hazırkı dövrədək isə 7 341 262 test aparılıb.

Müəllif: Ayna.az