Qarabağda Rusiya-Türkiyə Birgə Mərkəzi fəaliyyətə başlayacaq

Aktual

02.12.2020 - 15:36

Hulusi Akar: “Mərkəzdə türk və rus generalı, türk və rus zabitləri atəşkəsə nəzarət edəcəklər”

 

Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin tikintisi aparılır. AYNA Türkiyə mediasına istinadən bildirir ki, bu barədə qardaş ölkənin milli müdafiə naziri Hulusi Akar məlumat verib.

 

Nazir qeyd edib ki, çox qısa müddət ərzində Qarabağda xidmətə başlanılacaq.

 

“Mərkəzdə türk və rus generalı, türk və rus zabitləri atəşkəsə nəzarət edəcəklər. Hərbçilər davamlı atəşkəsin əldə olunması üçün birgə xidmət göstərəcəklər”, - deyə Akar qeyd edib.

Müəllif: Ayna.az