Erməni vandalizminə məruz qalan Ağdamdan <font color=red> GÖRÜNTÜLƏR</font>

Aktual

22.11.2020 - 12:58

Düşmən Ağdamda salamat küçə, bina saxlamayıb

 

Noyabrın 20-də işğaldan azad olunan Ağdam rayonundan yeni görüntülər yayılıb. AYNA-nın "Baku" TV-yə istinadən xəbərinə görə, erməni vandalizmi nəticəsində yaşayış evləri, mərkəzi küçələr, inzibati binalar darmadağın edilib.

 

Düşmən Ağdamda salamat küçə, bina saxlamayıb. Bütün mədəni, tarixi binalar məhv edilib. Beynəlxalq ictimaiyyət bütün bu erməni vəhşiliyini görməlidir.

 

Ağdam sakinləri yaxın zamanda bu torpaqlara yenidən həyatın qayıdacağına əmindirlər.

Müəllif: Ayna.az