"Azərbaycan türkləri ilə yanaşı, milli azlıqlar da mərdliklə vuruşurlar"

Aktual

30.09.2020 - 14:18

Həkimlər Klinikalar SEO Xidməti

Nəsib Məhəməliyev: “Milliyətindən, dinindən asılı olmayaraq, hər kəs Milli Orduda xidmət etməyi özü üçün fəxr sayır”

 

“30 ildir ki, Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayon Ermənistan tərəfindən işğal olunub. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, ATƏT-in, Avropa Parlamentinin, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Türk Şurasının və başqa beynəlxalq təşkilatların bəyanatlarına baxmayaraq, erməni silahlı qüvvələri, beynəlxalq hüquq normalarını tapdalayaraq işğalı davam etdirirlər. Xüsusən də, son vaxtlar bütün mümkün vasitələrdən istifadə etməklə, Azərbaycanın müharibəyə cəlb olunmasına nail oldular”.

 

Bu sözləri AYNA-ya deputat Nəsib Məhəməliyev Dağlıq Qarabağ ətrafında cərəyan edən prosesləri, hərbi əməliyyatlarda milli azlıqların iştirakı məsələsini şərh edərkən deyib. Millət vəkili hesab edir ki, Ermənistanın Baş Naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır”,  “Danışıqların formatı dəyişdirilməlidir”, “Yeni ərazilər işğal edəcəyik” kimi sərsəm bəyanatları, Yaxın Şərq ölkələrindən erməni ailələrinin, terrorçuların Qarabağa gətirilməsi, Şuşanı paytaxt elan etmələri və s. provakativ hərəkətləri Azərbaycan üçün seçim yeri qoymadı.

Deputat Nəsib Məhəməliyev: “İcra başçısı qətiyyən cangüdənlə gəzməməlidir”  - MÜSAHİBƏ - VİDEO - modern.az

“Nəhayət 27 sentyabr səhər saatlarından başlayaraq cəbhənin müxtəlif istiqamətlərində hücuma keçdilər. Ancaq unutdular ki, Azərbaycan 1990-cı illərin əvvəllərindəki dağınıq ölkə deyil. Azərbaycan iqtisadi cəhətdən kifayət qədər inkişaf etmiş, güclü orduya malik, Ermənistandan fərqli olaraq bir çox millətlərin nümayəndələrinin mehriban şəkildə yaşadığı multikultural, tolerant bir ölkədir. Ermənistan isə monoetnik ölkədir. Hər bir Azərbaycan vətəndaşı, milliyətindən, dinindən asılı olmayaraq, hər kəs Milli Orduda xidmət etməyi özü üçün fəxr sayır”, - deyə Məhəməliyev vurğulayıb.

 

Deputat qeyd edib ki, Azərbaycan Ordusunda fərarilik, ordudan yayınma hallarının olmaması təkzib edilməz faktdır: “Milli Məclisdə təmsil etdiyim Balakən rayonu çoxmillətli bölgələrimizdəndir və orada yaşayan hər bir vətəndaşımızın bir Vətəni var - Azərbaycan. Ölkəmizin ərazi bütövlüyü uğrunda iki yüzə yaxın balakənli şəhid olub və bir o qədər də Qaeabağ qazisi var. Mənfur düşmənə qarşı, Azərbaycan türkləri ilə yanaşı avarlar, ingiloylar, mərdliklə vuruşublar. Bu gün də Ali Baş Komandanın əmrinə müntəzir olaraq Vətənin müdafiəsində könüllü iştirak edirlər. Cüzi də olsa, hər hansı zorakılıqdan, məcburiyyətdən söhbət belə gedə bilməz”.

 

“Aydındır ki, müharibə təkcə cəbhədə aparılmır. İnformasiya müharibəsi kontekstində düşmən ən çirkin vasitələrdən belə istifadə edir, müxtəlif yalanlar, böhtanlar uydurur, günü-gündən möhkəmlənən milli birliyimizə xələl gətirmək istəyirlər. Ermənilər əvvəllər də belə metodlardan istifadə ediblər. Lakin heç vaxt buna müvəffəq olmayıblar, heç zaman da olmayacaqlar. Azərbaycanda yaşayan bütün millətlər özlərini azərbaycanlı hesab edir, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq məfkurəsinə sadiqdirlər. Ona görə də belə şaiyələrə fikir vermək lazım deyil”, - deyə deputat sonda qeyd edib.

Müəllif: Ülviyyə Şahin