XİN başçısı xarici ölkələrin Azərbaycandakı səfirlərinə müraciət edib

Aktual

28.09.2020 - 12:24

Ceyhun Bayramov: “İyul təxribatları zamanı gördük ki...”

 

“Dünən axşam saatlarında Azərbaycanın xaricdə fəaliyyət göstərən diplomatları ilə videokonfrans formatında müşavirə keçirildi”. AYNA bildirir ki, bu sözləri xarici ölkələrin səfirləri, diplomatları üçün keçirlən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

 

C.Bayramov deyib ki, diplomatlarımıza operativ şəkildə beynəlxalq ictimaiyyətin məlumatlandırılması barədə tapşırıq verilib: “İyul təxribatları zamanı gördük ki, xaricdə azərbaycanlıların dinc aksiyalarına qarşı təxribatlar törədilib, hücumlar olub. Bu gün də xarici ölkələrin səfirlərinin burada olmasından istifadə edərək, ölkələrinizdə bu cür təxribatların həyata keçirilməməsi, diplomatilarımızın təhlükəsizliyinin təmin edilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsini rica edirik”.

Müəllif: Ayna.az