Azərbaycanda koronavirusa yoluxmada <font color=red> YENİ REKORD</font>

Aktual

22.10.2020 - 14:50

825 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər sağalıb

 

Azərbaycanda son sutkada koronavirusa (COVID-19) 825 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, beş nəfər COVID-19-dan vəfat edib. Aktiv xəstə sayı 6151 nəfərdir.

 

Ölkədə son sutka ərzində 9457, hazırkı dövrədək isə 1260193 test aparılıb. Ümumi ölənlərin sayı 648 nəfərdir.

 

Ümumi yoluxanların sayı 45879 nəfər, ümumi sağalanların sayı 40619 nəfərdir.

Müəllif: Ayna.az