Son sutkada 532 yeni yoluxma faktı qeydə alınıb, 1879 nəfər sağalıb, 24 nəfər vəfat edib
Azərbaycanda koronavirusa (COVID-19) 532 yeni yoluxma faktı qeydə alınıb, 1879 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, 24 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 15 142 nəfərə çatıb. Ölkədə son sutka ərzində 8 383, hazırkı dövrədək isə 2 250 291 test aparılıb.
Ümumi ölənlərin sayı 2 869 nəfərdir. Ümumi yoluxanların sayı 223 417 nəfər, ümumi sağalanların sayı 205 406 nəfərdir.