BMT ermənilərin Gəncəyə hücumunu pisləyib

Aktual

18.10.2020 - 21:04

Baş katib tərəflərin təxirə salınmadan substantiv danışıqları davam etdirəcəklərini gözləyir

 

Ermənistan və Azərbaycan arasında vəziyyətə dair BMT-nin Baş katibi Antoniu Quterreşin sözçüsü bəyanat yayıb. AYNA-nın xəbərinə görə, Baş katib münaqişə ərazisində insanların yaşayış yerlərinə edilən bütün hücumları qınayıb.

 

“Oktyabrın 16-da Gəncə şəhərinə olan hücum nəticəsində uşaqlar da daxil olmaqla mülki şəxslərin həyatını faciəvi şəkildə itirməsi tamamilə qəbulolunmazdır. Baş katib tərəflərin beynəlxalq birliyin döyüşləri dərhal dayandırmaq üçün təkrar çağırışlarına davamlı olaraq məhəl qoymadıqlarına görə dərin təəssüf hissi keçirir. Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri ilə son telefon danışıqlarında baş katibin bir daha vurğuladığı kimi, hər iki tərəf beynəlxalq humanitar hüquqa görə hərbi əməliyyatlar apararkən mülki şəxslər və mülki infrastrukturun qorunması və müdafiəsini təmin etmək öhdəliyi var”, - deyə Baş katib qeyd edib.

 

Oktyabrın 18-də humanitar atəşkəsin başlanmasına dair elanı qeyd edən Quterreş hər iki tərəfin bu öhdəliyə tam əməl edəcəklərini və ATƏT-in Minsk Qrupu çərçivəsində təxirə salınmadan substantiv danışıqları davam etdirəcəklərini gözləyir.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə