Dünyada COVID-19-a yoluxanların sayı 30 milyonu keçib

Aktual

17.09.2020 - 13:01

Sentyabrın 16-da 6 min 232 nəfər həyatını itirib

 

Dünyada COVID-19-a yoluxanların sayı 30 milyonu keçib. AYNA xəbər verir ki, koronavirusun statistikasını aparan “Worldometer” saytı sentyabrın 16-da dünya üzrə 308 min 318 nəfər virusa yoluxduğunu açıqlayıb. Həmin gün 6 min 232 nəfər həyatını itirib.

 

Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 30 milyon 49 min 278 yoluxma və 945 min 320 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 21 milyon 814 min 429 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 7 milyon 289 min 529 xəstədən 61 min 247-nin vəziyyəti ağır qiymətləndirilir.

Müəllif: Ayna.az