Azərbaycanın mülki itkiləri açıqlanıb

Aktual

21.10.2020 - 12:10

63 mülki şəxs həlak olub, 292 nəfər yaralanıb

 

Erməni təxribatı nəticəsində Azərbaycanda ölən və yaralanan mülki vətəndaşların sayı açıqlanıb. AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatında qeyd olunub.

 

Bildirilib ki, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 63 mülki şəxs həlak olub, 292 nəfər yaralanıb.

 

Eyni zamanda, 386 mülki obyekt, 90 yararsız vəziyyətə düşmüş çoxmənzilli yaşayış binası və 1981 yaşayış evi yarasız vəziyyətə düşüb.

Müəllif: Ayna.az