“Ermənistan mülki şəxsləri hədəf araq hərbi cinayətlər törədir”
Türkiyənin Milli Müdafiə naziri Hülusi Akar Ermənistanın mülki insanları hədəf alaraq hərbi cinayətlər törətdiyini bildirib. AYNA xəbər verir ki, o, bu barədə nazirliyin iclasında deyib.
Qardaş ölkənin Müdafiə naziri Ermənistanın işğal etdiyi əraziləri boşaltmalı olduğunu, terror təşkilatları ilə əməkdaşlığı dayandırmalarını, həmçinin muzdluları və terrorçuları bölgədən uzaqlaşdırmalarının vacib olduğunu vurğulayıb: “Günahsız mülki şəxsləri açıq şəkildə hədəf alan Ermənistan idarəçiləri mütləq mühakimə olunacaqlar”.