"Ben her Eylül seni beklerim, sen bir Eylül çık gel"
Türkiyədə Sentyabr ayına Eylül deyirlər. Eylül kəlməsi süryani dilində "üzüm", "üzüm ayı" anlamını verən “Aylül” sözündən gəlir. Şair və yazarların ən çox müraciət etdikləri mövzudur Eylül ayı. Payızın başlanğıcı, ayrılıqların sızıldadığı mövsümdür çünki.
Çoxumuz hüzün doluyuq, Eylül də bəhanədir yəqin. Hamımızın içində bir az sonbahar var, bəlkə də elə buna görədir Eylülə düşkünlüyümüz. Kimi də sonbaharı baharın qatili adlandırır. Bəlkə də heç Eylül bir ay deyil, bir aylıq başqa bir dünyadır. Bütün fəsilləri payız kimi görən şairlərdən biri belə yazır:
Sonbahar gəlir deyirlər ey ürəyim,
Sən söylə-
Biz başqa mövsümmü gördük?...
"Və mən bütün yarpaqlarımı tökərkən indi Eylül deyirsən, tam da orda başlayır ayrılıq" - Ahmet Telli belə təsvir edir xəzan mövsümünü…
Kimi də özünü sonbaharın yanıqlı türküsünə bənzədər, Eylülde rənginin sarıya çaldığını, ömrünün üşüdüyünü hiss edər, çünki payızda üstünə qarlar yağar...
Ataol Behramoğlunun Eylülü həyat və sevgi doludur:
Düşmanlarımı bağışlıyorum
Daha çok seviyorum dostlarımı
Her uyanışımda..
Eylül sabahının serinliğini Yaprakların serinliğini
Yüreğime dolduruyorum.
Bir digəri isə payızda hüzün və kədərin qara saçlarının gecənin qaranlığına qarışdığını deyərək ürəyinin lənətlənmiş yalnızlıqlara üsyan etdiyini ifadə edir və "Getmə" deyə nərə çəkir...
Türk ədəbiyyatının nəhənglərindən olan Sabahattin Alinin baxışı daha dərin və daha yalındır:
Çayı,
Kitapları,
Eylül'ü,
Maviyi,
Denizi,
Seviyorum..
Ve tüm adaletsiz insanlardan, eşit derecede uzak duruyorum…
Cemal Süreya isə bir başqa gözəl deyib:
Bir gün aklına gelecek olursam, bana şiir ısmarla.
Eylül'ü konuşalım...
və ya bir başqa yerdə belə deyir yalnızlığın bəstəkarı:
Dedim axı, Eylüldür. Sovrulması bundandır kimsəsizliyimin…
Və ya başqa biri sonbaharı "Vüslat" adlandırır:
Eylül;
Kimine göre hazan
Kimine göre hüzün..
Bana göre,
Kavuşmanın adıdır Eylül
Vuslattır...
Və məncə, hər kəsin elə öz Eylülü var:
Herkesin,
Bir umudu,,
Bir savaşı,
Bir acısı,
Bir yalnızlığı,
Bir kaybedişi
Bir hüznü,
Bir de Eylül'ü vardır
……………….
"Ben her Eylül seni beklerim, sen bir Eylül çık gel"
1.9.19.