ÜST rəhbəri koronavirusun iki ildən az müddətdə bitəcəyinə ümidlidir

Aktual

22.08.2020 - 03:31

Həkimlər Klinikalar SEO Xidməti

Qebreyesus: “Yeni növ virus yaxın təmaslarla daha sürətli yayılır”

 

“COVID-19 pandemiyasının iki ildən az müddətdə bitəcəyinə ümid edirik”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)  Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

 

ÜST rəhbəri koronavirusu 1918-ci ildə yayılmış İspan qripi ilə müqayisə edərkən deyib ki, hazırkı durumda daha çox texnologiyalar mövcuddur.

 

“Yeni növ virus yaxın təmaslarla daha sürətli yayılır. Amma onun qarşısını almaq üçün müvafiq texnologiyamız var”, - deyə Qebreyesus vurğulayıb.

Müəllif: Ayna.az