Ombudsman Gəncənin atəşə tutulması ilə bağlı məlumat yayıb

Aktual

04.10.2020 - 15:02

“Dinc əhaliyə qarşı törədilən bu amansızlıqlar hərbi cinayətdir”

 

“Bu gün Azərbaycanın ikinci böyük şəhəri, qədim tarixə malik Gəncə Ermənistan ərazisindən atəşə tutulub. Nəticədə dinc əhali arasında ölən və xəsarət alanlar var, çoxlu sayda mülki obyektə ziyan dəyib”.

 

AYNA xəbər verir ki, bu sözlər Ombudsman Aparatının yaydığı məlumatda öz əksini tapıb. Qeyd olunub ki, münaqişə zonasından xeyli kənarda yerləşən Gəncə şəhərinin dinc sakinlərinin ağır artilleriyadan atəşə tutulması insan hüquq və azadlıqlarının, ümumilikdə beynəlxalq hüquq norma və prinsiplərinin, o cümlədən 1949-cu il tarixli Cenevra konvensiyaları və onların əlavə protokollarının, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin kobud surətdə pozulmasıdır.

 

“Dinc əhaliyə qarşı törədilən bu amansızlıqlar hərbi cinayətdir və buna beynəlxalq səviyyədə hüquqi qiymət verilməlidir”, - deyə qeyd olunub.

Müəllif: Ayna.az