Peskov: “Rusiya sülhməramlılarının fəaliyyəti və Qarabağdakı humanitar missiya barədə müzakirə olub”
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Dağlıq Qarabağ ətrafındakı vəziyyəti, rus sülhməramlılarının fəaliyyətini və Qarabağdakı humanitar missiyanı müzakirə edib.
AYNA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"İclasın əsas mövzusu kompüter təhlükəsizliyi sahəsində cinayətlərlə mübarizə səmərəliliyinin artırılması oldu. İclasda həm də, Rusiya sülhməramlılarının fəaliyyəti və Qarabağdakı humanitar missiyanın işi barədə danışdılar”, - deyə Peskov vurğulayıb.
Kreml rəsmisi deyib ki, bu çərçivədə Putin Təhlükəsizlik Şurasının üzvlərinə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon əlaqələri barədə məlumat verib.