Azərbaycanda COVID-19-a sutkalıq yoluxmada böyük artım

Aktual

14.10.2020 - 14:46

Həkimlər Klinikalar SEO Xidməti

369 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər sağalıb, 4 nəfər vəfat edib

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 42 750 nəfər koronavirus infeksiyasına yoluxub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, onlardan 39 570 nəfər müalicə olunaraq sağalıb, 616 nəfər vəfat edib, aktiv xəstə sayı 2 564 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 734, ötən müddət ərzində isə ümumilikdə 1 193 870 test aparılıb.

Müəllif: Ayna.az