Koçaryan da, Sarkisyan da, Arayik də həbs ediləcək: Hələ ki, baş qarışıqdır

Aktual

26.11.2020 - 13:38

Həkimlər Klinikalar SEO Xidməti

Murad Sadəddinov: “Bir müddətdən sonra həmin canilərlə bağlı hüquqi prosedurların daha sürətli həyata keçirilməsinə başlanacaq”

 

Azərbaycanın hüquq-mühafizə orqanları Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan barəsində axtarış elan edib. Onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) maddəsi ilə cinayət işi başlanıb. Təqdimata noyabrın 11-də Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin icraatında baxılıb. Təqdimat məhkəmə tərəfindən təmin edilib və S.Ohanyan barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib. S.Ohanyanın saxlanılması üçün barəsində beynəlxalq axtarış elan edilib. Azərbaycanın Baş Prokurorluğu Ermənistanın keçmiş müdafiə nazirinin axtarışa verilməsi barədə məlumat yayıb. Baş Prokurorluqdan bildirilib ki, Ohanyanla bağlı cinayət işi hazırda Respublika Hərbi Prokurorluğunda istintaq edilir.

 

Xatırladaq ki, Ermənistanın hərbi canilərinə qarşı Azərbaycan Baş Prokurorluğu tərəfindən cinayət işləri açılıb. Məsələn, işğalçı ölkənin keçmiş rəhbərləri Robert Koçaryan, Serj Sarkisyan, sabiq müdafiə nazirləri, generalları barəsində də soyqrımı törətdiklərinə görə cinayət işi açılıb. Amma onların məsuliyyətə cəlb edilməsi, cəzalandırılması bu günədək mümkün olmayıb. İkinci Qarabağ müharibəsində Gəncəyə raket atılmasına göstəriş verən Qarabağ separatçılarının başçısı Arayik Arutunyan bu terror əməlini etiraf etdi. Onun barəsində də İnterpol xətti ilə axtarış elan edilib, cinayət işi açılıb.

 

Azərbaycan cəmiyyətini maraqlandıran sual da budur, erməni müharibə cinayətkarları cəzasını əyani şəkildə alacaqlarmı? Bundan sonra onlar barəsindəki cinayət işləri, axtarış tədbirləri necə həyata keçiriləcək?

Qadağan edilmiş pirotexnika Bakı piştaxtalarında

AYNA-nın mövzu ətrafında suallarını Demokratiyanın İnkişafı və İnsan Haqları Müdafiəsi Fondunun sədri Murad Sadəddinov onlar törətdikləri cinayətləri Azərbaycanın beynəlxalq hüquqda tanınan ərazilərində həyata keçiriblər...

 

-Bu baxımdan da, Azərbaycanın hüquq-mühafizə orqanları həmin canilər barədə cinayət işləri qaldırır, şahid ifadələrini toplayır, müxtəlif ekspertizalar keçirir. Bu məlumatları əsaslandırıb cinayət işləri açır. Amma bu günədək onlar əyani şəkildə məsuliyyətə cəlb edilə bilməyiblər. Çünki Ermənistan silahlıları ərazilərimizi zəbt etmişdilər, işğalda saxlayırdılar. Bizim hüquq-mühafizə orqanları hərbi caniləri həbs etmək üçün əməliyyat keçirə bilmirdilər. İndi vəziyyət dəyişib. Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad edib, biz o torpaqlara qayıtmışıq. Haqlarında cinayət işi açılmış erməni hərbi caniləri ərazilərimizdə görünərlərsə, tutularlarsa, dərhal hüquq-mühafizə orqanlarımız prosedurları başladacaqlar. Burada iki üsul var. Birincisi, ərazilərimizdə görəriksə, həbs ediləcəklər. İkincisi, bu materiallar toplanır, beynəlxalq hüquqa əsasən İnterpola təqdim olunur. Onlar İnterpol xətti ilə axtarılırlar. Hansısa ölkədə onlar görünərlərsə, o ölkələr həmin caniləri saxlayıb, müvafiq qaydada Azərbaycana ekstradisiyası həyata keçiriləcək.

 

-Məsələ burasındadır ki, Ermənistanın keçmiş prezidentləri haqqında illər əvvəl cinayət işi açılıb. Amma onlar xaricdə saxlanılmırlar...

 

-Onlar Ermənistanın prezidentləri olmuşdular və bu statusun toxunulmazlığından istifadə edirdilər. Amma indi vəziyyət dəyişib. Azərbaycan qalib tərəfdir, ölkəmizin mövqeyi ilə tələbləri ilə bir çox ölkələr hesablaşmağa məcbur olacaqlar. Hesab edirəm ki, bəzi Avropa ölkələri vardı ki, ermənilərin mövqeyinə yaxın idilər. Bundan sonra Azərbaycana qarşı pozitiv mövqe sərgiləyəcəklər.

 

-Amma Koçaryan, Sarkisyan sabiq prezidentlərdir, hazırda toxunulmazlıqları da yoxdu. Buna baxmayaraq xarici ölkələrə səfərlər edirlər. Xüsusən də, Rusiyada sərbəst hərəkətdədirlər...

 

-Bilirsiniz, unutmayaq ki, biz Qarabağ problemi ilə üzləşən dövrdən bu yana ölkəmizə qarşı o qədər ədalətsiz mövqelər gördük ki... Bu mövqelərin, yanaşlamaların fonunda sizin dedikləriniz təəccüblü gəlməməlidir. Qarabağ münaqişəsinin yaradılması, 30 il işğalın davam etməsi, bu işğala xarici qüvvələrin dəstək göstərməsi, hamısı ondan ibarətdir ki, Rusiya və digər bir neçə dövlət problemin donmuş vəziyyətdə qalmasında maraqlı idilər. Yenə demək istəyirəm ki, bizim ədalətli, haqlı, hüquqa əsaslanan tələblərimizə isti yanaşacaqlar. Məndə ümid var ki, həmin bəzi dövlətlər ədalətli qərarlar verməyə meyilli olacaqlar. Çünki Azərbaycan qalib dövlətdir.

Президент Карабаха: будем бить турок до тех пор, пока враг не протрезвеет

-Qarabağ terrorçularının başçısı Gəncəyə raket atılması göstərişini verdiyini açıqlamaqla, terror törətdiyini etiraf etdi. Haqqında cinayət işi açıldı, İnterpolun axtarışına verildi. Adam faktiki olaraq Qarabağdadır, Azərbaycan ərazisindədir. Bu terrorçunun Qarabağda və yaxud da xaricə çıxarsa, orada tutulub Azərbaycana ekstradisiya ediləcəyini gözləyəkmi?

 

-Hələ ki, qələbənin ilk günləridir. Bir azdan hər şey dəqiqliklə aydınlanacaq, tədbir görüləcək. Qaldı ki, xaricə qaçarsa, o zaman həmin dövlətlə danışıqlar aparılacaq. Hansı dövlətin ərazisində olacaqsa, ekstradisiya həmin dövlətlə Azərbaycanın əlaqələrindən asılıdır. İkincisi, həmin dövlətin beynəlxalq hüquqa yanaşmasından da çox şey asılıdır. Biz bilirik ki, bəzi dövlətlər var, onlar ərazilərində cinayətkarları, terrorçuları himayə edirlər. Əlbəttə, biz bu problemlərlə rastlaşacağıq. Qarabağ terrorçularının başçısı terrorçuları himayə edən, beynəlxalq hüququ hər zaman kobudca pozan hansısa dövlətin ərazisinə qaçarsa, onun ekstradisiyasında problemlərlə üzləşəcəyik. Amma bütün hallarda, ümid edirəm ki, Sarkisyan da, Koçaryan da, Arayik də, digər bizə qarşı soyqrımında iştirak etmiş ermənilər də, əyani şəkildə cəzalarını alacaqlar. Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin Qarabağda bağlı imzaladığı üçtərəfli bəyanatdan qısa zaman keçib. Hazırda erməni hərbçilərinin ərazilərimizdən çıxması prosesi baş verir. Hesab edirəm ki, bir müddətdən sonra həmin canilərlə bağlı hüquqi prosedurların daha sürətli həyata keçirilməsinə başlanacaq.

Müəllif: Anar Bayramoğlu