Livan qaçqınları, yoxsa ASALA terrorçuları – <font color=red> Ermənistanın gizli planı</font>

Aktual

16.09.2020 - 21:06

Rizvan Hüseynov: “Azərbaycanın müvafiq strukturları bu “qaçqınların” marşrutunu izləməlidir”

 

ASALA terrorçuları xalq milisləri və qaçqınlar adı altında gizlənəcəklər. Bunu AYNA-ya erməni ailələrinin Livandan işğal olunmuş ərazilərə köçürülməsini şərh edərkən, tarixçi və politoloq Rizvan Hüseynov deyib.

 

“Bütün bu xəbərlərdən bir neçə gün əvvəl erməni mətbuatında xalq milisləri yaradacaqlarına dair xəbərlər yer almışdı. Artıq Azərbaycanla sərhəddə, xaricdən təcavüz halında ölkəni müdafiə edəcək xalq milisləri yaradılmasını Ermənistan parlamenti qanunvericilik səviyyəsində müzakirə etməlidir. Və yalnız bir neçə gün sonra ermənilərin Livandan Dağlıq Qarabağa köçəcəyi barədə məlumatlar ortaya çıxdı. Paşinyan yeni bir şey icad etmir. 80-ci illərin sonları - 90-cı illərin əvvəllərində, Qarabağ münaqişəsinin başlanğıcında, Livan və Suriyadan diversantların münaqişə zonasına gətirilməsi üçün eyni metoddan istifadə edilmişdi”, - deyə ekspert bildirib.

Ermitaj”dakı erməni təxribatının qarşısı alınıb - Rizvan Hüseynov (MÜSAHİBƏ)

O xatırladıb ki, həmin vaxt Ermənistana gəlib çıxan bu quldur dəstələrinə, dünyada tanınmış terrorçu Monte Melkonyan rəhbərlik edirdi: “Onlar Ermənistanda adaptasiya dövrü keçəndən sonra təxribat bölmələri Qarabağda meydana çıxdı. Qarabağ müharibəsinin ən faciəli epizodları məhz onlarla bağlıdır, çünki dinc Azərbaycan əhalisinə qarşı həqiqi bir terror, qırğın törətdilər. Bu quldurlar, Monte Melkonyan da daxil olmaqla, Azərbaycan kəşfiyyatçıları tərəfindən öldürüldü”.

 

Hüseynovun sözlərinə görə, indi Qarabağ münaqişəsinin yenidən alovlanması ehtimalı fonunda, erməni tərəfi eyni texnologiyadan istifadə edir: “Erməni tərəfi dünya birliyini aldatmağa çalışır. Bu təxribatçılar, Yaxın Şərqdən olan terrorçular, Ermənistan ərazisinə girəcək və guya, meydana çıxan özünümüdafiə birləşmələrinin, xalq milislərinin sıralarına qoşulacaqlar. Beləliklə, sadə insanlar arasında bir terror təşkilatının nüvəsi formalaşacaq. Sonra bu qondarma milislər hərbi və təxribat əməliyyatlarında iştirak edəcəkləri Qarabağa göndəriləcəklər. Bu, onların bütün planları deyil, bir tərəfdən xalq milisləri yaradır, digər tərəfdən Qarabağa gətrilən ASALA terrorçularını Livan qaçqınları arasında gizlədəcəklər”.

 

Analitik qeyd edib ki, Azərbaycan bu mövzunu beynəlxalq səviyyədə qaldırmalıdır, lakin əlimizdəki tutarlı sübutlar olması vacibdir: “Azərbaycanın müvafiq strukturları bu “qaçqınların” marşrutunu izləməlidir. Ermənistan ərazisinə kimin və necə çatacağına nəzarəti təmin etmək lazımdır. Bu, çox çətin işdir, çünki onlar həm İran-Ermənistan sərhədindən, həm də İranla sərhədin Azərbaycanın nəzarətində olmayan hissələrindən keçə bilərlər. Söhbət işğal olunmuş ərazilərdən gedir”.

 

Hüseynov qondarma “qaçqınların” Qarabağa gedə biləcəyi marşrutu konkretləşdirib: “Suriya, İraq, İran, Ermənistan kimi ölkələrdə dolaşaraq, sonra işğal olunmuş ərazilərə çata bilərlər. Azərbaycan dünya ictimaiyyətinə ermənilərin bu cür sxemlərdən istifadə etməsi barədə xəbərdarlıq edə bilər. O zaman müəyyən bir qrupu izləməyə imkan verən hərbi texnologiyalardan istifadə etməklə, dəlillər toplamağa və ASALA üzvləri də daxil olmaqla, Qarabağda müxtəlif təxribatçıların olması barədə faktları hamıya sübut etmək imkanı yaranar”.

Müəllif: Nicat Hacıyev