Hazırda 179 nəfər reanimasiyada müalicə alır
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 20-nə olan statistik göstəriciləri açıqlayıb.
TƏBİB-dən AYNA-ya verilən məlumatda bildirilir ki, bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 min 174 test edilib.
Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 855 802 test aparılıb. İndiyədək 510 nəfər COVID-19-dan dünyasını dəyişib, 32 511 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 1 738 nəfərdir. Hazırda 179 nəfər reanimasiyada müalicə alır. 24 nəfər isə süni tənəffüs cihazına qoşulub.
Qeyd edək ki, bu gün Azərbaycanda 139 yoluxma, 148 sağalma faktı qeydə alınıb. Son sutkata koronavirusdan dünyasını dəyişən olmayıb.