Kamran Əliyev: “Ermənistan uğursuzluğuna don geyindirmək istəyir”

Aktual

05.10.2020 - 17:02

Baş prokuror: “Mülki əhaliyə hücum etməklə sanki qəhrəmanlıq göstərilər”

 

“Ermənistan müharibənin qaydalarını pozaraq təhlükəli addım atır. Onlar mülki əhalini hədəf alırlar. Dünən ermənilərin Gəncəyə atdığı atəş nəticəsində 32 mülki şəxs yaralanıb, bir nəfər vəfat edib”. AYNA-nın xəbərinə görə, bu sözləri brifinqdə Baş prokuror Kamran Əliyev deyib.

 

Baş prokuror bildirib ki, təxribatlar zamanı bir sıra obyektlərə ziyan dəyib: “Bu təhlükəli addımdır. Bu gün Gəncə şəhəri yenidən atəşə məruz qalıb. Üç nəfər yaralanıb, şəhərdə dağıntılar yaranıb. Ermənilərin mülki əhaliyə hücum etməsi barədə sənədlər aktlaşdırılıb. Mülki əhaliyə hücum etməklə sanki qəhrəmanlıq göstərirlər. Bu təxribatla uğursuzluqlarına don geyindirmək istəyirlər”.

 

K.Əliyev əlavə edib ki, dünən gecə Mingəçevir Su Stansiyası da raket hücumuna məruz qalıb: “Ordumuz tərəfindən həmin raketlər göydə vurulub”.

Müəllif: Ayna.az