Düşmən Bənövşələr qəsəbəsini atəşə tutub

Aktual

13.10.2020 - 15:17

Həkimlər Klinikalar SEO Xidməti

Ermənilər mülki əhalini atəş altında saxlamaqda davam edir

 

Ağdam rayonunun Bənövşələr qəsəbəsi erməni işğalçıları tərəfindən artilleriya atəşinə tutulub.

 

AYNA “Baku” TV-yə istinadən xəbər verir ki, qəsəbə ərazisinə çoxlu sayda top və “Qrad” mərmisi düşüb. Nəticədə, 12 ev tamamilə dağılıb, xeyli sayda evə isə ciddi ziyan dəyib.

 

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında humanitar atəşkəsin imzalanmasına baxmayaraq, Ermənistan tərəfi atəşkəs qaydalarına əməl etmir.

Müəllif: Ayna.az