Rusiya daha iki təyyarəsini İrəvana göndərib

Aktual

15.11.2020 - 12:03

Təyyarələr 10 ədəd BTR-82A tipli zirehli transportyor, maddi-texniki təminat vasitələri, 30-a yaxın hərbi qulluqçu gətiriblər

 

Rusiya hərbi nəqliyyat aviasiyasının iki An-124 “Ruslan” təyyarəsi zirehli maşınları və sülhməramlı briqada bölmələrinin personalını İrəvan hava limanına çatdırıb. Bu barədə AYNA Rusiya mətbuatına istinadən bildirir.

 

Rusiya Müdafiə Nazirliyi açıqlamasında qeyd edib ki, təyyarələr 10 ədəd BTR-82A tipli zirehli transportyor, maddi-texniki təminat vasitələri, həmçinin, sülhməramlı birləşmənin bölmələrinin 30-a yaxın hərbi qulluqçusu gətiriblər.

 

“Texnikaların boşaldılmasından, yoxlanılmasından və hazırlanmasından sonra bölmələrin Gorus şəhərindəki konsentrasiya ərazisinə üç yüz kilometrlik yürüş edəcək”, - deyə məlumatda vurğulanıb.

 

Qeyd edək ki, bundan öncə Qarabağa 170 sülhməramlı ilə 20 təyyarənin göndərildiyi bildirilmişdi. Ümumilikdə qrupa 1 960 atıcı silahlı hərbi qulluqçu, 90 hərbi zirehli texnika, 380 avtomobil və digər texnika daxil olacaq.

Müəllif: Ayna.az