Süni tənəffüs cihazına qoşulan xəstələrin sayı 24 nəfərdir
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 21-nə olan statistik göstəriciləri açıqlayıb. AYNA xəbər verir ki, məlumatda dünən gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 986 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 861 788 test aparılıb. İndiyədək 512 nəfər COVID-19-dan dünyasını dəyişib, 32 682 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 1 727 nəfərdir. Hazırda 180 nəfər reanimasiyada müalicə alır. 24 nəfər isə süni tənəffüs cihazına qoşulub.
Qeyd edək ki, dünən Azərbaycanda 162 yoluxma, 171 sağalma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib.