“Bu, razılıq çərçivəsində verilməsi planlaşdırılan üç rayondan sonuncusu idi”
Rusiyanın Müdafiə Nazirliyi Laçın rayonunun Azərbaycanın nəzarətinə keçməsi barədə məlumat açıqlayıb. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, açıqlamanı Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov verib.
O, jurnalistlərə deyib ki, Laçın rayonu bu gün Azərbaycanın nəzarətinə təhvil verilib: “Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının üçtərəfli bəyanatına müvafiq olaraq Laçın rayonu dekabrın 1-dən Rusiya sülhməramlılarının nəzarəti altında Azərbaycan tərəfinə verilib. Bu, razılıq çərçivəsində verilməsi planlaşdırılan üç rayondan sonuncusu idi”.
“Laçın dəhlizi 5 kilometr enində, Rusiya sülhməramlılarının nəzarəti altında olacaq. Bu dəhlizlə Ermənistanla Dağlıq Qarabağın əlaqəsi, insanları yaşayış yerlərinə təhlükəsiz qayıdışı və mülki avtonəqliyyatın hərəkəti təmin olunur”, - deyə Konaşenkov vurğulayıb.