“Sülhməramlıların davranışı Putinin mövqeyi ilə üst-üstə düşmür” – <font color=red> MARCİGİLİANO</font>

Aktual

18.12.2020 - 13:25

İtaliyalı ekspert: “Qarabağdakı kontingent Kremlin iradəsindən daha çox oradakı ordu komandanlığının əhval-ruhiyyəsini nümayiş etdirir”

 

Rusiya sülhməramlılarının Qarabağdakı komandiri Rüstəm Muradov separatçıların başçısı Arayik Arutunyanla görüşür. Rus zabitləri separatçı qurumun bayrağının əks olunduğu məktəblərin və digər obyektlərin açılışında iştirak edirlər. Rusiya Prezidentinin birmənalı şəkildə Qarabağın Azərbaycan ərazisi olduğunu deməsi fonunda belə çıxır ki, bu addımlar icazəsizdir? Bakının bu ərazi üzərindəki yurisdiksiyasına qarşı açıq bir çağırışa necə müqavimət göstərməyi lazımdır?

 

AYNA-nın mövzuya dair suallarını italyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert, “Il Nodo di Gordio” (“Qordi düyünü”) Geosiyasi Araşdırmalar Analitik Mərkəzinin baş tədqiqatçısı Andrea Marcigiliano cavablandırıb.

Il Nodo di Gordio - think tank di geopolitica

- Rusiya sülhməramlı qüvvələrinin başçısı Qarabağ separatçılarının başçısı ilə görüşür. Rusiya Prezidenti Vladimir Putin isə Qarabağın Azərbaycan ərazisi olduğunu vurğulayır. Yəni, sol əl sağ əlin nə etdiyini bilmir?

 

- Mənim fikrimcə, mövqelərdəki fərqlər Moskvadakı gücün daxili dialektikasını əks etdirir. Qismən də olsa, hərbçilər Ermənistanla köhnə ittifaq strategiyasına sadiqdirlər. Ancaq bu, daha geniş diplomatik dünyagörüşünə sahib olan və Bakı ilə münasibətlərə hər şeydən əvvəl, yeni İpək Yolu ilə əlaqədar, gələcəkdə qaz istehsal edən ölkələrə nəzarət etmək baxımından maraqla baxan Putinin baxışı deyil. İnanıram ki, sonda Putinin mövqeyi qalib gələcək.

 

- Sülhməramlılar Qarabağda evlər tikirlər, məktəblər açırlar. Və bütün bunlar separatçı rejimin bayrağı altında yaşanır. Nə baş verir? Rusiya sülhməramlıları separatçıları dəstəkləyir? Bu, Azərbaycan üçün hansı risklər yaradır, Gürcüstan ssenarisinin təkrarlanması ilə təhdid edirmi?

 

- Əlbəttə ki, Rusiya sülhməramlılarının davranışı Kremlin iradəsindən daha çox oradakı ordu komandanlığının əhval-ruhiyyəsini əks etdirir. Bununla belə, Gürcüstan ssenarisinin təkrarlana biləcəyini düşünmürəm. Moskvanın Bakı ilə ərazi mübahisələri üçün əsası yoxdur. Və Putinin Ermənistanın tələblərini dəstəkləyərək Rusiyanın daha geniş maraqlarını güzəştə getməyə hazır olduğuna şübhə edirəm. Bu məsələ Ankara ilə bu anda Rusiya üçün həyati əhəmiyyət kəsb edən münasibətləri də poza bilər.

 

- Azərbaycan 5 illik müddətdən sonra Rusiya sülhməramlılarının nəzarət altındakı ərazini insidentsiz tərk etməsi üçün hansı addımları atmalıdır?

 

- Bakı strategiyası, fikrimcə, Kreml ilə birbaşa dialoqda olmalıdır ki, bu da öz nöbbəsində rəsmi Bakının Qafqazdakı strateji mövqeyini əhəmiyyətli edir. Və gələcəkdə, Putinin böyük arzusu olan OPEC-ə qoşulmaq üçün bir kurs götürmək olar.

Müəllif: Zaur Mehdiyev