Azərbaycanda koronavirusa daha 143 yoluxma faktı qeydə alınıb

Aktual

06.10.2020 - 15:52

126 nəfər sağalıb, 2 nəfər vəfat edib

 

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 126 nəfər sağalıb, 143 yeni yoluxma faktı qeydə alınıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 40 min 931 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 38 min 713 nəfər müalicə olunaraq sağalıb, 600 nəfər vəfat edib. Aktiv xəstə sayı 1618 nəfərdir.

 

Ötən müddət ərzində 1 milyon 145 min 397 test aparılıb. Bugünkü test sayı isə 5203-dur.

Müəllif: Ayna.az