İşğaldan azad olunan ərazilərimizə polis şöbələri köçürülür – <font color=red> RƏSMİ</font>

Aktual

12.11.2020 - 13:23

Ehsan Zahidov: “Artıq Şuşa Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş Şuşa şəhərindədir”

 

“Müvafiq Polis Şöbələrinin işğaldan azad olunan ərazilərimizə köçürülməsinə başlanılıb”. AYNA-nın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-a açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, artıq Şuşa Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş Şuşa şəhərindədir: “Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmr imzalayıb. Əmrə əsasən, işğaldan azad edilən rayonlara polis şöbələri köçürülür. Artıq Şuşa Şəhər Polis Şöbəsinin rəisi şəhər üzrə komendant təyin olunublar”.

 

E.Zahidov onu da əlavə edib ki, bu proses Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq aparılır: “Bu Polis Şöbələri müvəqqəti komendantlıqlar şəklində aidiyyəti rayon üzrə xüsusi idarəetməni həyata keçirəcəklər”.

 

Xatırladaq ki, Azərbaycan ordusunun Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində apardığı müharibədə qazandığı qələbə nəticəsində, noyabrın 8-i Şuşa şəhəri erməni işğalından azad edilib.

Müəllif: Ayna.az