Laçın dəhlizi minalardan təmizlənir

Aktual

16.11.2020 - 17:55

Proses Rusiya sülhməramlıları və BQXK-nin koordinasiyası ilə həyata keçirilir

 

Laçın dəhlizində ərazinin minalardan və digər sursatlardan tam təmizlənməsi işləri aparılır. AYNA-nın APA-ya istinadən xəbərinə görə, bu barədə bu gün Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov keçirdiyi brifinqdə bildirib.

 

Onun sözlərinə görə, bu gün Xankəndi-Gorus yolunun 1 km-lik hissəsi yoxlanılıb və minalardan təmizlənib: “Bundan başqa 27 ədəd sıradan çıxmış və zədələnmiş texnika həmin yolun gediş-gəliş hissəsindən və yol kənarından təmizlənib”.

 

Rusiya MN-in nümayəndəsi Dağlıq Qarabağla bağlı əldə olunan razılaşmaya uyğun olaraq bu gün də həlak olanların cəsədlərinin mübadiləsinin davam etdirildiyini qeyd edib: “Bu proses Rusiya Federasiyası sülhməramlı qüvvələri və Beynəlxalq Qızıl Xaç Komitəsinin koordinasiyası ilə həyata keçirilir”.

Müəllif: Ayna.az