Soydaşlarımıza qarşı erməni təxribatları davam edirmi – <font color=red> Virtual səyahət</font>

Aktual

15.08.2020 - 10:33

Həkimlər Klinikalar SEO Xidməti

“Yolum ermənilərin kompakt yaşadıqları yerlərdən düşəndə təhlükə hiss edirəm”

 

Bildiyimiz kimi, Tovuz döyüşlərindən sonra dünyanın müxtəlif ölkələrində azərbaycanlılar dinc etiraz aksiyaları keçirmiş, erməni diaspor nüməyəndələri isə soydaşlarımıza qarşı hücumlar təşkil etmiş, zorakılıq aktlarına əl atmış, hətta ASALA terror təşkilatları həmvətənlərimizi hədə-qorxu altında saxlamağa çalışmışdı. AYNA hazırda bu istiqamətdəki vəziyyəti öyrənmək məqsədilə xaricdəki azərbaycanlılarla əlaqə saxlayıb. Beləliklə:

 

Kanadada yaşayan jurnalist Lalə Musaqızı: “Hələlik erməni təxribatı, hücumları baş vermir. Amma ermənilərin Avropa, ABŞ və Kanadada Azərbaycan türklərinə qarşı sakit dayanacaqlarına dair zəmanət yoxdur. Bu baxımdan həyatımıza hazırda təhlükə olduğunu düşünürəm. Yolum uşaqla birlikdə ermənilərin kompakt yaşadığı yerlərdən düşəndə, xüsusilə təhlükə hiss edirəm. Son hadisələrdən sonra Kanadada soydaşlarımız da çox fəallaşıblar. Ermənilərə qarşı informasiya müharibəsində, sosial şəbəkələrdə dayanmadan fəaliyyət göstərirlər”.

 

Londonda (Britaniya) yaşayan Nigar Abbasova: “Üzbəüz gəlmirlər bizimlə. Bəlkə, rastlaşsaq, sözümüzlə susdurarıq onları. Siçan kimi giriblər yuvalarına, üzə çıxmağa qorxurlar”.

 

İspaniyada yaşayan Fərid Mustafayev: “Hazırda heç bir təxribat və ya həyatımıza təhlükə yoxdur. Yaşadığım zonada məni kifayət qədər tanıyırlar və ağlı başında olan adam mənə yaxın gəlmir. Yəni, mənə qarşı hər hansı pislik etmək niyyəti ilə heç kim yaxınlaşa bilməz. Ümumən, digər soydaşlarımızın da həyatlarına təhlükə yoxdur”.

Kanadada yaşayan azərbaycanlılar erməni təxribatına qarşı daha bir ...

Fransada yaşayan Azər Osmanov: “Təxminən, 20-25 gündür ki, Belçika, Almaniya, Fransa, Hollandiya və digər Avropa ölkələrində ermənilərlə azərbaycanlıların qarşıdurması səngiyib. Buna baxmayaraq, biz yenə də öz ehtiyyatımızı əldən verə bilmərik. Bir azərbaycanlı olaraq həyatımıza hər zaman ermənilər tərəfindən təhlükə ola bilər”.

 

İsveçdə yaşayan Rahim Telman Sadıqbəyli: “Hazırda sakitlikdir. Həmin məsələlər heç qabardılmadı. Çünki burada ermənilərin sayı o qədər də çox deyil. Ermənilərin arxasında suryanilər durur. Türkiyəyə nifrəti olan suryanilər burda onların arxasındadır. Suryanilərin çoxu ilə bizim azərbaycanlılar inşaat işlərində bir-biriləri ilə qarşılaşdıqları üçün elə bir çətinlik yoxdur. Onlarla bizim aramızda elə bir problem yoxdur. İsveçdə demək olar ki, ermənilərlə bizim aramızda qarşıdurma olmadı. Yalnız meydanda mitinq vaxtı qarşıdurma etməyi planlaşdırırdılar. Onlar düşünürdülər ki, biz Ermənistan səfirliyi qarşısında mitinq edəcəyik, özləri də həmin səfirliyin qarşısına yığışdılar. Onlar cəmi bir dəfə İsveçdəki Azərbaycan səfirliyi qarşısında təxribat həyata keçirmişdilər. Amma məsələ sonra aradan qaldırıldı. Və bizə də o barədə heç bir şey demədilər”.

Müəllif: Ülviyyə Şahin