Elman Nəsirov: “Əfv Komissiyanın əvvəlki üzvlərinin qanunsuz hərəkətləri barədə məlumat almışam”
Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Elman Nəsirov maraqlı məsələyə toxunub. AYNA-nın xəbərinə görə, millət vəkili iddia edib ki, Prezident yanında Əfv Komissiyanın əvvəlki üzvlərindən bəzilərinin sürücüləri insanlara yaxınlaşıb, yaxınlarının əfv siyahısına salınmasına kömək edəcəyini deyib.
“Əfv Komissiyasının bundan əvvəlki tərkibinin üzvlərinin qeyri-qanuni hərəkətlərə yol verməsi barədə mənə məlumatlar daxil olub. Bununla bağlı konkret faktlarla mənə məlumatlar verilib. Bilmirəm düzdür, ya yox. Amma hər halda bu, ciddi bir siqnaldır”.
Nəsirov qeyd edib ki, onda olan məlumata görə, Əfv Komissiyasının deputat üzvlərindən birinin sürücüsü belə hərəkətə yol verib: “Həmin sürücü vasitəsilə əfv siyahısına adlar daxil edilib”.