Azərbaycanda COVID-19-a sutkalıq yoluxma 900-ü keçdi - <font color=red> YENİ REKORD</font>

Aktual

25.10.2020 - 16:35

Daha 946 nəfər koronavirusa yoluxub, 228 nəfər sağalıb, 7 nəfər vəfat edib

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

 

COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar son sutka ərzində 10037, hazırkı dövrədək isə 1291534 test aparılıb.

 

Azərbaycanda indiyədək ümumilikdə 49 min 959 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 41 min 279 nəfər müalicə olunaraq sağalıb, 671 nəfər vəfat edib, aktiv xəstə sayı 8009 nəfərdir.

Müəllif: Ayna.az