Düşmən bu dəfə banklarla bağlı təxribata əl atıb

Aktual

09.10.2020 - 19:48

Bankdan depozitin dərhal geri çəkilməsinə dair mesajlar göndərilir

 

Ermənilərin ölkəmizə qarşı təxribatları davam etməkdədir. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyası məlumat yayıb. Bildirilib ki, ölkə banklarımızın müştərilərinə həmin bankın rəhbər şəxsi və ya əməkdaşı adından guya bankın serverinin erməni hakerlərinin hücumuna məruz qaldığı səbəbindən bu bankdan depozitin dərhal geri cəkilməsinə dair mesajlar, elektron məktublar göndərilir:

 

“Azərbaycan Banklar Assosiasiyası olaraq əhalimizdən, bank müştərilərindən xahiş edilir ki, bu məzmunda olan məlumatlara əhəmiyyət verməsinlər və belə məlumat aldıqda mütləq şəkildə banka müraciət etsinlər.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan xahiş edir ki, hazırkı dövrdə tanımadıqları şəxslərdən gələn mesaj və zənglərə cavab verməsinlər. Məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlasınlar.

 

Həmçinin vətəndaşlar hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda, www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər”.

Müəllif: Ayna.az