Milli Məclisin qapalı iclası keçirilsin – <font color=red> TƏKLİF</font>

Aktual

30.09.2020 - 12:26

Həkimlər Klinikalar SEO Xidməti

Qüdrət Həsənquliyev: “Milli Məclis proseslərdən kənar qalmamalıdır, fikir mübadiləsi aparılmalıdır”

 

Milli Məclisin bu gün keçirilən iclasında cəbhədəki vəziyyətin müzakirəsi üçün parlamentin qapalı iclasının keçirilməsi təklif edilib. AYNA xəbər verir ki, belə bir təkliflə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev çıxış edib.

 

Millət vəkili deyib ki, xalqımız üçün çox fərəhli haldır ki, Azərbaycan Ordusi əks-hücum əməliyyatlarına başlayıb: “Hesab edirəm ki, Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin nümayəndələri Milli Məclisə dəvət olunsun, qapalı iclas keçirilsin. Düşünürəm ki, Milli Məclis proseslərdən kənar qalmamalıdır, fikir mübadiləsi aparılmalıdır. Narahat olduğum digər məsələ, Ermənistan tərəfindən Türkiyənin də hərbi əməliyyatlara cəlb edilməsi ilə bağlı yaydığı xəbərlərdir. Bu xəbərlər rəsmilər tərəfindən təkzib olunur. Amma bu məsələ təkrar-təkrar vurğulanmalıdır ki, biz bunu edə bilərik, ancaq hələ buna ehtiyac görmürük”.

 

“Bizim kollektiv müdafiə olunmaq hüququmuz var. Buna görə də Ermənistan KTMT-nin üzvüdür. Bizim torpaqlarımız zamanında Rusiyanın hərbi birləşmələrinin dəstəyi ilə işğal olunub. Digər tərəfdən Merkelin, Makronun Prezident İlham Əliyevə insan ölümündən narahat olmaqla bağlı müraciətləri var. BMT TŞ təcili toplanır. Bu gün bunu edənlər niyə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına mane olmurdular?! Azərbaycan tərəfi bunların heç birinə, BMT-nin yeni qətnaməsinə məhəl qoymamalıdır. Necə ki, Ermənistan neçə illərdir bunu edir. Biz müharibə dövründə də, atəşkəs dövründə də çox sayda insan itirmişik. Azərbaycan xalqının haqqı var ki, səfərbərliyə getsin, itkilərdən, dağıntılardan qorxmadan öz torpaqlarını azad etsin”, - deyə Həsənquliyev vurğulayıb.

Müəllif: Ayna.az