Avtobusda “mehribanlaşın” – <font color=red> VİDEO</font>

Aktual

26.08.2020 - 13:12

Həkimlər Klinikalar SEO Xidməti

İctimai nəqliyyatda sosial məsafə saxlamaq mümkün deyil

 

Bakı metrosunun bağlı olması və sərtləşdirilmiş karantin rejiminin yumşaldılması yenidən avtobus və dayanacaqlarda sərnişin sıxlığına səbəb olub. AYNA “Baku” TV-yə istinadən xəbər verir ki, xüsusən günün pik saatlarında avtobuslarda boş yer tapmaq müşkül məsələyə çevrilib.

 

Sərnişinlər də vəziyyətin dözülməzliyindən şikayətlənir. Dayanacaqlarda və ümumən, şəhər ərazisində sosial məsafənin gözlənilməsinin vacibliyi vurğulansa da, bu tələb avtobusun qapısından içəri girdiyimiz andan etibarən qüvvədən düşür.

 

Avtobuslarda sosial məsafənin ölçüsü iki metrdən sürətlə bir neçə santimetrə qədər azalır. Amma ictimai nəqliyyatdakı problem yalnız pandemiya dövrünə aid deyil. Çünki uzun illərdir, paytaxt sakinlərinin avtobuslarda ən çox eşitdiyi ifadə “Bir az mehriban olun”dur. Bu da problemin ən yumşaq formada izahıdır.

Müəllif: Ayna.az