Peyvəndin istehsalı üçün ən azı 9-12 ay lazım olacaq
Rusiyada Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin hazırladığı koronavirus peyvəndinin istehsalına başlanılıb. AYNA xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Mərkəzinin direktoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Aleksandr Qintsburq deyib ki, təkcə Rusiya əhalisinin ehtiyacı olan həcmdə COVID-19 peyvəndinin istehsalı üçün ən azı 9-12 ay lazım olacaq.