Qarabağda partlayan mərmilərin dünyada əks-sədası: <font color=red> Arxa cəbhədə savaş</font>

Aktual

03.10.2020 - 10:25

Erməni təbliğat maşını bütün gücünü işə salıb, lakin azərbaycanlılar da boş oturmurlar

 

Sentyabrın 27-də düşmən təxribatı nəticəsində başlayan döyüşlər, Azərbaycan Ordusunun güclü əks-hücum əməliyyatları ilə, Dağlıq Qarabağın işğaldan azad olunması uğrunda savaşa çevrilib. Hazırda cəbhənin bütün istiqamətlərində şiddətli döyüşlər gedir.

 

Bəs, Qarabağ cəbhəsində baş verənlər dünyada necə reaksiya doğurur? AYNA mövzu ətrafında xaricdə yaşayan bir neçə soydaşımızla həmsöhbət olub.

 

İspaniyada yaşayan Fərid Mustafayevin sözlərinə görə, hazırda Avropada erməni lobbisi çox güclü təbliğat aparır: “Müxtəlif bölgələrdə Azərbaycanın əleyhinə propoqandalar həyata keçirirlər. Buna qarşılıq olaraq mən İspaniyadakı Azərbaycan diasporuna təklif etdim ki, bir sıra addımlar atmaq lazımdır. Hələlik diasporumuzdan müsbət bir cavab yoxdur. Burada yerli mətbuatda Qarabağla bağlı yayılan məlumatların əksəriyyəti erməni lobbisinin dezinformasiyalarına əsaslanır. Qondarma “Dağlı Qarabağ Respublikası” erməni torpağı kimi təqdim olunur”.

Квартиры в Испании купить недорого

Müsahibimizin sözlərinə görə, Avropadakı ASALA terror təşkilatının üzvləri də fəallaşıblar: “Yenə səfirliklərimizi, diplomatik nümayəndəliklərimizi hədələyirlər. Məsələn, İspaniyanın Barselona şəhərində, Kantabria zonasında və Madrid şəhərində fəal təlimlər keçirirlər. Sosial şəbəkələrdə də dinc dayanmırlar. Bununla bağlı sosial şəbəkələrdə soydaşlarımızı ehtiyatlı, ayıq-sayıq olmağa çağırmışam. Ermənilər həmişə olduğu kimi, öz çirkin əməllərindən qalmırlar. Azərbaycandan və Türkiyədən olanlara qarşı zorakılıq çağırışları edirlər. İspaniyadakı erməni qruplaşmalarının arsenalında odlu və soyuq silahlar var. Qətiyyən təxribatlara getməyək”.

 

Mustafayev xaricdəki soydaşlarımıza bəzi tövsiyələrini çatdırır:

 

- Hansı ölkədə olmasından asılı olmayaraq, Azərbaycan səfirliklərinin qarşısında ermənilərin keçirdiyi aksiyalara etiraz olaraq toplaşmaq olmaz. Yalnız o halda səfirliyin qarşısında olmaq olar ki, səfirlik özü buna icazə versin və imkan yaratsın;

 

- Sosial şəbəkələrdə ermənilərlə mübahisə edib, sonda sizə görüş təyin etmələrinə yol verməyin. Biz, onsuz da onların cavabını Qarabağda veririk. Bizimlə görüşüb mübahisə eləmək istəyirlərsə, getsinlər Qarabağa. Bura mübahisə yeri deyil;

 

- Sizi kiminsə izləməsinə dair ən minimal şübhəniz olsa, dərhal şəraitə uyğun olaraq özünüzü müdafiə etmək üçün lazımi tədbirlər görün;

 

- Ermənilərin sosial şəbəkələrdə yaydıqları qıcıqlandırıcı paylaşımlarına reaksiya verməyin;

 

- Qətiyyən kütləvi şəkildə heç kəsdən qisas almağa çalışmayın.

İsveç haqqında bunları bilirsinizmi? - bilgibazarı

İsveçdə yaşayan Rahim Telman Sadıqbəyli də erməni lobbisinin xüsusi fəallıq göstərdiyini deyib: “Bütün Avropa ölkələrində olduğu kimi, İsveçdə də ermənilər qara PR aparmaqla məşğuldurlar. Burda ermənilər sayca az olsalar da, mühüm postlardadırlar. Tək ermənilər deyil, Türkiyənin Mardin bölgəsindən olan suryanilər də (Assuriya dövlətinin varisləri) prosesə qoşulublar. Məsələn, ermənilərin qondarma “soyqırımı” ilə bağlı İsveçdə böyük bir parad keçirdilər. Onlara suryanilər də dəstək verdilər”.

 

“İsveç Xarici İşlər Nazirliyi “Twitter” və “Instagram”da paylaşımlarında “biz bu müharibədən həddindən artıq narahatlıq keçiririk” ifadəsi yer alırdı. XİN başçısı Anna Lindin açıqlamasında deyilirdi: “Bildiyimiz kimi, İsveç həm ATƏT-in Misk Qrupunun üzvüdür, həm də “Şərq Tərəfdaşlığı”nın əsas layihə rəhbərlərindən biridir. Həm Azərbaycan, həm də Ermənistan XİN rəhbərləri ilə mənim telefon danışıqlarım oldu.  Hər iki tərəfdən ölən və yaralananlara görə çox üzüldüm. Ləngimədən danışıqlar masasında oturmalarını təklif edirəm və bütün məsələlər danışıqlar masasını üzərində həll olunur””, - Sadıqbəyli bildirib.

 

Diaspora nümayəndəmizin sözlərinə görə, İsveç mediası erməni təbliğatının təsirinə düşsə də, azərbaycanlılar da boş oturmur: “Mənim İsveçin dövlət kanalı üçün hazırladığım proqramda professorumuz Səadət Kərimi çox gözəl bir çıxış hazırlayıb. Bu həftə həmin proqramı təqdim edəcəm. Qarabağdan ingilis dilində xəbərlər hazırlayırıq. Həmin ingilis dilində xəbərlər yenə də Dağlıq Qarabağ haqqında olacaq. Jurnalist, publisist Vahid Qazi İsveç XİN-nə çox gözəl bir məktub yazıb. O bir neçə böyük qəzetə yazılar göndərib, amma təəssüflər olsun ki, əyalət qəzetlərindən yalnız biri Vahid Qazinin XİN-nə cavabını çap edib”.

 

“Buradakı atmosfer qeyd etdiyim kimidir. Biz özümüz Azərbaycan icması olaraq həddindən artıq ümidliyik. Nəhayət ki, 27 illik bu münaqişə bizim xeyrimizə bitəcək, erməni aqressorları bizim torpaqlarımızdan çəkiləcəklər. Əgər Dağlıq Qarabağda yaşayan ermənilər silahları yerə qoyub, Azərbaycanın hüququna hörmət və Konstitusiyasına riayət edəcəklərsə, onlar da təbii ki, bizimlə birgə yaşaya bilərlər. Bizim fikrimiz budur”, - Sadıqbəyli vurğulayıb.

Worldpress.org - France Profile

Fransada yaşayan Azər Osmanovun dediyinə görə, Fransa mediası Qarabağ döyüşlərinə geniş yer verir: “Biz illərdir şahidiyik ki, Fransa ermənilərə dəstək verir. Fransa mətbuatında gedən reportajlarda Azərbaycan günahlandırılır. Bundan əlavə, ermənilər yenidən təxribata əl ata bilərlər. İyul döyüşlərində müxtəlif ölkələrdə, o cümlədən Fransada ASALA terrorçuları həmvətənlərimizə hücumlar təşkil etmiş, qarşıdurmalar yaşanmışdı. Belə hadisələr yenə baş verə bilər. Mən azərbaycanlılara çağırış edirəm ki, ehtiyatlı olsunlar”.

 

Britaniyada yaşayan Orxan Mustafayev isə daha nikbin danışıb: “Biz cəbhədə baş verən hadisələri izləyirik, ürəyimiz Vətəndə, Ordumuzun yanında döyünür. Biz də İngiltərədə yaşayan azərbaycanlılar olaraq arxa cəbhədə müharibəmizi davam etdiririk, yəni media müharibəsində hər birimiz fəal iştirak edirik. Hazırkı döyüşlər haqqında burdakı mətbuatda da xəbərlər yayılır. Suriyalıların Azərbaycana gətirilməsi və Azərbaycan tərəfindən vuruşması haqqında yalan məlumatlar verilir. Biz bu məlumatlar üzərində işləyib, dayanmadan şikayətlərimizi bildiririk. Və əminəm ki, istəyimizə nail olacağıq”.

Presentation "Welcome to the United Kingdom of Great Britain and Nothern  Ireland

“Bundan savayı, Britaniyada yaşayan azərbaycanlılar olaraq, buradakı Türkiyə, Ukrayna, Pakistan, İsrail səfirliklərinə gedib, öz təşəkkürümüzü bildirəcəyik və verdikləri dəstəyi heç zaman unutmayacağımızı ifadə edəcəyik. Artıq səfirliklərdən görüş vaxtları alınıb. Qələbə bizimlədir, bu dəfə geriyə dönüş yoxdur, ancaq irəli, Qarabağa doğru!”, - Mustafayev vurğulayıb.

 

Kanadada yaşayan jurnalist Lalə Musaqızı da oradakı soydaşlarımızda böyük ruh yüksəkliyi olduğunu diqqətə çatdırıb: “Qarabağdakı hazırkı savaşa buradan baxanda qalibiyyət, zəfər, ruh yüksəkliyi görünür. Ən əsası, müxalifətli, iqtidarlı, mühacirli - bütün azərbaycanlıların yumruq kimi bir olduğu görünür. Bu, qürurverivcidir. Şəhidlərimizə görə, ermənilərin mülki əhalini hədəfə almasına görə çox üzgünük. Amma ümidliyik. Müharibənin Rusiyadan gələn zənglə dayanmayacağına, bütün şəhidlərimizin qanının yerdə qalmayacağına ümidliyik”.

Презентация "English-speaking countries" - Английский язык - Прочее

“Doğrusu, Kanada mətbuatında gedən məlumatların əksəriyyəti bizim xeyrimizə deyil. Millət vəkillərindən də ermənilərin lehinə statuslar, tvitlər paylaşanlar var. Hələlik görünən odur ki, informasiya müharibəsində o qədər də uğur qazanmamışıq. Amma yaşadığım şəhərdə - Torontoda fəaliyyət göstərən müxtəlif Azərbycan icmaları çox fəaldır. Əllərindən gələni edirlər ki, informasiya müharibəsində qalib olaq. Deyərdim ki, gecəni belə, dayanmadan çalışırlar. Kanadanın millət vəkilləri, dövlət adamları ilə görüşlərin təşkilinə çalışılır. Eyni zamanda, müxtəlif “Whatsap” qruplarında soydaşlarımız paylaşımlar edərək, Azərbaycanın haqlı mövqeyinə qeyri-obyektiv yanaşan millət vəkillərinə etirazlar bildirilir. Bundan başqa, Torontoda hər kəs yaşadığı ərazi üzrə öz millət vəkilinə, müxtəlif dövlət orqanlarına əvvəlcədən icmalarımızın hazırladığı məktubu elektron poçtla göndərir və Azərbaycanın haqq səsini bu yolla Kanada cəmiyyətinə çatdırmağa çalışır. Həmçinin, Kanadada yaşayan həmyerlilərimiz ordumuza, şəhid ailələrinə kömək məqsədilə maliyyə yardımı toplayırlar. Erməni lobbiçilərinin yenidən münaqişə yaratmağa çalışmasına gəlincə, deyim ki, bu dəqiqə başları özlərinə qarışıb”.

Müəllif: Ülviyyə Şahin