Düşmənin Gəncəyə endirdiyi raket zərbəsi nəticəsində 7 binaya ziyan dəyib

Aktual

12.10.2020 - 14:29

Həkimlər Klinikalar SEO Xidməti

Şəhərin Qələbə parkı tamamilə yararsız hala düşüb

 

Düşmənin Gəncəni raket atəşinə tutması nəticəsində 7 binaya ziyan dəyib. AYNA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Gəncənin icra başçısı Niyazi Bayramov deyib.

 

N.Bayramovun sözlərinə görə, ötən gün baş verən hücum nəticəsində 35 nəfər mülki şəxs yaralanıb: “Burada heç bir hərbi hissə yoxdur. Ərazidə 150-ə yaxın dinc əhali yaşayır. Burada Qələbə parkı yerləşirdi ki, artıq tamamilə yararsız hala düşüb”.

Müəllif: Ayna.az