Qarabağla bağlı bəyanat hazırlanarkən Ərdoğanla Putin əlaqə saxlayıb

Aktual

13.11.2020 - 16:16

Peskov: “Azərbaycan ərazisində Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yaradılması barədə razılıq əldə edilib”

 

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mütəmadi dialoq saxlayır. AYNA-nın xəbərinə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

Peskov bildirib ki, müəyyən fikir ayrılıqları yarandıqda prezidentlərin münasibətləri imkan verir ki, bəzi regional problemlərin həllinə şərait yaratmaq üçün zəruri hallarda səylər birləşdirilsin: “Rusiya və Türkiyə liderləri Qarabağa dair birgə bəyanat hazırlanarkən əlaqə saxlayıblar, o cümlədən Azərbaycan ərazisində Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yaradılması barədə razılıq əldə edilib”.

 

“Rusiya ilə Türkiyənin maraqları çox cəhətdən üst-üstə düşür. Hər iki ölkə regionda sabitlik və müəyyənlik tərəfdarıdırlar. Rusiya və Türkiyənin ticari-iqtisadi əməkdaşlıq, investisiya sahəsində tərəfdaşlıq baxımından ortaq maraqları çoxdur. Onların qarşılıqlı fəaliyyəti həm Moskvanın, həm də Ankaranın mənafeyinə uyğundur”, - deyə Peskov bildirib.

Müəllif: Ayna.az