Rəşad Tağıyev: “Hibrid formada təhsilin müəllimlərin maaşına heç bir təsiri olmayacaq”
Təhsil Nazirliyinin rəsmi “Facebook” hesabında yeni tədris ili ilə bağlı gedən müzakirələrdə müəllimlərin maaşı məsələsinə də toxunulub.
AYNA-nın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyib ki, hibrid formada təhsilin müəllimlərin maaşına heç bir təsiri olmayacaq: “Mövcud layihədə dərs saatlarının bir hissəsi məktəbdə, digər hissəsi onlayn keçiriləcək. Ənənəvi tədris planları qalacaq. Buna görə müəllimlərin əməkhaqqında heç bir azalma nəzərdə tutulmur”.