On minlərə vətəndaş döyüşlərdə iştirak etmək istəyir - <font color=red> RƏSMİ</font>

Aktual

02.10.2020 - 16:30

General-mayor: “Həmin şəxslər təlimlərə cəlb edilirlər”

 

“Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə ölkədə qismən səfərbərlik elan edilib”. AYNA xəbər verir ki, bu sözləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev bildirib.

 

Onun sözlərinə görə, qismən səfərbərliklə bağlı planda nəzərdə tutulandan daha çox - on minlərlə vətəndaş Xidmətin Aparatına və yerli struktur bölmələrinə müraciət edərək, ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak etmək istədiklərini bildirirlər: “Vətəndaşların bu ruh yüksəkliyi və çoxsaylı müraciətlərinin nəticəsidir ki, proses uğurla həyata keçirilir. Həmin şəxslər təlimlərə cəlb edilirlər. Biz vətəndaşlarımıza vətənpərvərlik nümayiş etdirərək, döyüşlərə könüllü qatılmaq istədikləri üçün təşəkkür edirik”.

Müəllif: Ayna.az