“Yoluxma sayının çoxalması səhiyyə sistemi üçün ağır yük yaradır”

Aktual

08.12.2020 - 15:27

Hikmət Hacıyev: “Tibbi müdaxiləyə ehtiyacı olan insanlar kənarda qala bilər”.

 

Azərbaycanda koronavirusun yayılma dinamikası hər kəsi narahat edir. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

Prezidentin köməkçisi təəssüflə bildirib ki, koronavirusdan ölənlərin də sayı artır: “Sosial şəbəkələrdə də artıq hər bir şəxs qohumlarının bu xəstəliyə yoluxması barədə məlumatlar paylaşırlar. Yayılma tendensiyası ölkənin səhiyyə sistemi üçün ağır yük yaradır və tibbi müdaxiləyə ehtiyacı olan insanlar kənarda qala bilər”.

 

“Bu gün aktiv xəstələrin sayı 56 mindən artıqdır. Testlərdən keçməyərək, yüngül simptomlu şəxslər də var ki, kənarda qalır. Evdə müalicə olunanların sayı 48 mindir və xəstəxanada müalicə alınanların sayı səkkiz mindən çoxdur. Gündəlik koronavirusa yoluxma 4500 çərçivəsindədir. Bu faktlar kifayət qədər həyacan təbili çalmağa əsas verir”, - deyə Hacıyev vurğulayıb.

 

 

 

Müəllif: Ayna.az