Ermənistanın taboru döyüşlərdə iştirakdan imtina edib – <font color=red> RƏSMİ</font>

Aktual

18.10.2020 - 18:21

MN: “Döyüşlərdə darmadağın edilən hərbi hissəyə əlavə qüvvə və texnika verilmir”

 

Ağır döyüşlərdə xeyli canlı qüvvə və döyüş texnikası itirən Ermənistan silahlı qüvvələrinin 527-ci motoatıcı alayının atıcı taboru praktiki olaraq iflic vəziyyətindədir.

 

Azərbaycan Müdafiə Nazirliyindən AYNA-ya verilən xəbərə görə, Ermənistan silahlı qüvvələrinin 1-ci korpusunun hərbi hissələrinə əlavə qüvvə olaraq kömək məqsədilə göndərilən taborun ölən və yaralıları əsasən zabit və gizir heyətidir.

 

Döyüşlərdə darmadağın edilən hərbi hissəyə əlavə qüvvə və texnika verilmir. Şəxsi heyət ilə komplektləşdirilə bilməyən və sursat baxımından çətinlik çəkən tabor müdafiə zolağını tam bağlaya bilmir. Bu səbəbdən də taborun şəxsi heyəti döyüşlərdə iştirak etməkdən imtina edib.

Müəllif: Ayna.az