Müəllimlər koronavirusa qarşı peyvənd olunacaqlar

Aktual

22.01.2021 - 12:59

Həkimlər Klinikalar SEO Xidməti

Vaksinasiya olunacaq müəllimlərin siyahısı hazırlanıb

 

İlkin mərhələdə 50 yaşdan yuxarı müəllimlər koronavirusa qarşı peyvənd olunacaqlar. AYNA xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev keçirdiyi mətbuat konfransında bildirib.

 

Nazir bildirib ki, Təhsil Nazirliyi vaksinasiya olunacaq müəllimlərin siyahısını hazırlayıb: “Bakı şəhəri üzrə 16 698, bölgələr üzrə 32 600-dən çox müəllimin vaksinasiyası gözlənilir”.

 

“50 yaşdan yuxarı müəllimlərin könüllü vaksinasiyasının pandemiya ilə mübarizədə həyatımızı asanlaşdıracağını düşünürəm”, - nazir əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş