Azərbaycanda daha 27 nəfər COVID-19-dan vəfat edib

Aktual

07.01.2021 - 16:50

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 1931 nəfər koronavirusdan sağalıb, 685 nəfər yoluxub

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 685 yeni yoluxma faktı qeydə alınıb, 1931 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 222 885 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 203 527 nəfər müalicə olunaraq sağalıb, 2 845 nəfər vəfat edib, aktiv xəstə sayı 16 513 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 915, ötən müddət ərzində isə ümumilikdə 2 241 908 test aparılıb.

Müəllif: Ayna.az