"/>

TƏBİB-dən karantində toy mərasimi keçirilməsinə reaksiya: <font color=red> "Hər kəs..."</font>

Aktual

21.08.2020 - 18:38

“Biz hər birimiz bu qərara riayət etməliyik ki, yoluxma sayı aşağı düşsün"

 

“Yoluxmaların artımının qarşısının alınması üçün monitorinqlər aparılır. Təəssüf ki, toy və yas mərasimlərinin keçirilməsi ilə bağlı neqativ məqamlar aşkarlanır”. AYNA xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

 

O bildirib ki, Nazirlər Kabinetinin qərarı hər kəs üçün keçərlidir: “Biz hər birimiz bu qərara riayət etməliyik ki, yoluxma sayı aşağı düşsün. Təəssüf ki, dediyiniz məqamlar mövcuddur və sizin də dediyiniz kimi, aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür. Biz, sadəcə olaraq, vətəndaşlarımızı yeni qaydalarla yaşamağa öyrəşməyi və həm özlərini, həm də ətrafındakıları virusdan qorumağa səsləyirik”.

 

Qeyd edək ki, bu günlərdə Bakıdakı restoranlardan birində AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib. Mərasimdən yayılan videolarda görünür ki, toy Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu qaydalara zidd keçirilib, sosial məsafə gözlənilməyib. 

Müəllif: Ayna.az