Baş Prokuror: “Vandalizmi törədənlərə qarşı cinayət işi başladılıb”

Aktual

11.10.2020 - 14:17

Kamran Əliyev: “Beynəlxalq tribuna qarşısında cavab vermələri üçün əlimizdən gələn bütün imkanlardan istifadə edəcəyik”

 

Gəncədə törədilən faktla bağlı cinayət işi başladılıb. AYNA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev Gəncədə jurnalistlərə açıqlamasında deyib.

 

Baş prokuror deyib ki, törədilən faktla bağlı Cinayət Məcələlsinin 100-cü maddəsi ilə cinayət işi açılıb: “Ölkə qanunvericiliyinə uyğun olaraq prokurorluq orqanları tərəfindən beynəlxalq hüququn normaları çərçivəsində bu dəhşətli cinayəti törədən Ermənistan hərbi-siyasi rəhbərliyinin cinayət məsuliyyətinə cəlb edilməsi, beynəlxalq tribuna qarşısında cavab verməsi üçün əlimizdən gələn bütün imkanlardan istifadə edəcəyik. Yaxın zamanda baş verənlərlə bağlı həm Rusiya Federasiyası, həm də digər ölkələr tərəfindən mövqelərini bildirəcəyinə ümid edirəm”. 

Müəllif: Ayna.az