“Düşmənə verdiyimiz vaxtın gerisayımı başladı”

Aktual

12.10.2020 - 18:43

Qorxmaz İbrahimli: “Atəşkəsin vaxtı bitənə qədər ərazilərimizdən itilib getməlidirlər”

 

“Xain ermənilər 27 sentyabrdan başlayan sürəcdə haqq işimizi uğurla yürütdüyümüzü görüb, can hayına düşdülər. Paşinyan məlum dövlətlərin liderlərinə yalvarırdı ki, atəşkəs olmasına kömək eləsinlər. Son nəfəslərində yenə ağaları kömək oldular. Humanitar atəşkəs üçün anlaşma imzalandı. Anlaşmanın içərisini cəfəng maddələrlə də doldurdular. Elə ilk 24 saatın başlanğıcında xislətlərini ortaya qoydular. Gecə yarısı Xocalıya soxularaq dinc sakinləri qətl etdiklərinin mini təkrarını elədilər”.

 

AYNA-nın xəbərinə görə, bu sözləri Aydınlar Partiyası sədrinin birinci müavini, siyasətçi Qorxmaz İbrahimli Ermənistanın dinc əhalini raket atəşinə məruz qoyması faktlarından danışarkən deyib. O, qeyd edib ki, yenə də gecə yarısı öz yatağında rahat uyuyan Gəncə sakinlərini xain raket hücumu ilə sarsıtdılar: “Hamımız xəbərdən sarsıldıq. Neçə gözəl yurddaşımız yaşamını itirdi. Onlarla yaralanma, gecənin o saatındakı partlayışın psixoloji təsirindən yüzlərlə məsum körpələrimiz, dinc sakinlərimiz sarsıldı. Ömər balanın söylədikləri adamın içini sökür. Bütün bunlardan sonra mənfur düşmənin heç bir sülh və birgəyaşayış niyyətinin olmadığı bir daha sübut olundu. “Dənizdən dənizə imperiya” qurmaq xülyasından xəstələnmiş bir millətə heç bir müalicə təsir etməyəcək. Hitler Almaniyasının halındadırlar. Xəstədirlər, xilasları yoxdur”.

<img alt="Bakıda yaşayan erməniləri qoruyurduq" "="" data-cke-saved-src="https://cdn2.img.sputnik.az/images/41366/92/413669233.jpg" src="https://cdn2.img.sputnik.az/images/41366/92/413669233.jpg">

““Axırıncı aşırım” filmindən Kərbəlayı İsmayılın sözləri adamın yadına düşür. Son yüz ildə nə qədər torpaqlarımızı ələ keçiriblər. Milyonlarla insanımızı bu günkü Ermənistan ərazisindən didərgin salıblar. Yüz minlərlə insanımızın ölümünə səbəb olublar. Ötən əsrin əvvəlində insanlarımızı toplu şəkildə qətl ediblər. Bu millət belədir. Bunlardan yaxşı bir hərəkət gözləməyin əziz yurddaşlar. Allah bunları qəhr eləsin. Ürəkdən dua edirəm. Yetər artıq! Bu dəfə göbəyimizi özümüz “kəsəcəyik””, - deyə İbrahimli vurğulayıb.

 

Siyasətçi bildirib ki, dünya da ermənilərin cinayətlərinə, işğalçılıqlarına kar, kor və laldır: “Bir çox ölkələrdən dəstək də gözləmirik. Allah haqq işimizdə bizimlə bərabər olan Türkiyə, Pakistan, Ukrayna, İsrail, Əfqanıstan və digər ölkələri qorusun. Əziz dostlar, sevimli yurddaşlar, biz dayanmamalıyıq.  Mənfur düşmənə qarşı milli birliyimizi qorumalıyıq. Müharibəni qazanana qədər bu birliyimizə kölgə salmamalıyıq. Mən şəxsən müxalifətdə olan bir siyasi partiyanın rəhbərliyində olan, mövcud hakimiyyətin müharibəyəqədərki siyasətindən narazı olmuş və zərər görmüş insan olaraq bütün siyasi iddialarımı dondurmuşam. Hakimiyyətdən gələcək hər hansı bir çağrışı qələbə günümüzə qədər dəstəkləyəcək və əllərimdən gələn bütün dəstəyi verəcəyəm. Ali Baş Komandanımız İlham Əliyev bu haqq işimizdə şəxsimdən və ətrafımda olan insanlardan nəyi tələb edərsə, yerinə yetirməyə hazıram. Prezidentimiz İlham Əliyev torpaqlarımızın azadlığı uğrunda apardığımız bu müqəddəs davamızda öndədir. Bizlər də arxa olacağıq. Bu savaşın qalibi olacağımıza daxilən inanıram. Bu qələbədə öndə olacaq Prezident İlham Əliyev Milli Qəhrəmanımız olacaq. Bircə dayanmayaq. Humanitar atəşkəs dövründə xain zərbə yesək də səbr etdik. Düşmənə verdiyimiz vaxtın gerisayımı başladı. Atəşkəsin vaxtı bitənə qədər itilib getməlidirlər. İtilib getməsələr, qovub məhv edəcəyik. Azərbaycan əsgəri düşməni darmadağın edəcək. Bir yumruq kimi birləşmişik.  Bu yumruq hər zaman düşmənin başına dəyəcək. Qardaş Türkiyənin bu sürəcdə verdiyi və verəcəyi dəstək tükənməz təşəkkürlərə layiqdir”.

Müəllif: Ayna.az