Şimali Koreyanın nümayəndə heyəti İrana səfər edib

Dünya

24.04.2024 - 15:11

Səfərin tərəflərin hərbi sahədə əlaqələri gücləndirmək niyyəti ilə bağlı olduğu güman edilir

Şimali Koreyanın xarici iqtisadi işlər naziri Yun Conq Honun rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfər edib. AYNA xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Qeyd edilib ki, Şimali Koreya nazirliyinin nümayəndə heyəti aprelin 23-də Pxenyandan tehrana uçub.

“Yonhap” agentliyinin məlumatına görə, səfər tərəflərin hərbi sahədə əlaqələri gücləndirmək niyyəti ilə bağlı ola bilər.

Qeyd edək ki, Şimali Koreya nümayəndələri İrana sonuncu dəfə 2019-cu ildə səfər edib.

Müəllif: Ayna.az