Şimali Koreya Yapon dənizi istiqamətində bir neçə ballistik raket atıb

Dünya

14.10.2022 - 01:17

Həkimlər Klinikalar SEO Xidməti

Yapon mühafizəçiləri dənizdəki gəmiləri raket parçaları barədə çağırış edib

Şimali Koreya Yapon dənizi istiqamətində bir neçə ballistik raket atıb. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.

Məlumata görə, onların hamısı Yaponiyanın dənizdəki iqtisadi zonasından kənara düşüb.

Yapon mühafizəçiləri dənizdəki gəmiləri raket parçaları aşkar ediləcəyi təqdirdə onlara yaxınlaşmamağa, dərhal səlahiyyətlilərlə əlaqə saxlamağa çağırıb.

Dağıntılar barədə məlumat yoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş